“Liverpul” tükənib” – Sabiq futbolçu

“Liverpul”un keçmiş müdafiəçisi, hazırda futbol eksperti kimi çalışan Cimi Karrager “qırmızılar”ın “Nyukasl”a 1:2 hesabı ilə uduzduğu İngiltərə Liqa kubokunun final oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Liverpul”un tükəndiyini bildirib:

“Nyukasl” təkcə “Liverpul”u məğlub etməyib, onları darmadağın edib. Hesab. 3:0 və ya 4:0 olmalı idi. “Liverpul” yalnız təsəlli qolu vurdu. Komanda UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ qarşısında da zəif idi və “Nyukasl” yaxşı Premyer Liqa komandasıdır. “Liverpul” tükənib, ancaq xoşbəxtlikdən, onlar liqada kifayət qədər böyük üstünlüyə sahibdirlər”.

“Liverpul” – “Nyukasl” matçı dünən keçirilib. Komandalar Londondakı “Uembli” stadionunda qarşılaşıblar. “Sağsağanlar” 2:1 hesabı ilə qalib gələrək, liqa kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button