
“Liverpul” Aleksander-Arnoldu fransalı müdafiəçi ilə əvəz edə bilər
“Liverpul” müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq müdafiəçisi Trent Aleksander-Arnoldun gələcək əvəzləyici axtarışlarını davam etdirir.
26 yaşlı futbolçunun azad agent kimi “Real”a keçmə ehtimalı yüksəkdir.
Komanda.az “Rousing the Kop”-a istinadən xəbər verir ki, “qırmızılar” ingiltərəli oyunçunun potensial varisi kimi Kilian Sildillianı nəzərdən keçirirlər.
Fransalı futbolçunun 22 yaşı var və Almaniyanın “Frayburq” klubunda çıxış edir. “Transfermarkt”a görə, onun dəyəri 10 milyon avrodur və klubu ilə hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



