“Liverpul” tarixinin ən böyük müqaviləsinə imza atacaq
“Liverpul” rəhbərliyi Almaniyanın “Adidas” şirkəti ilə əməkdaşlığa razılaşıb. Bu, İngiltərə nəhənginin tarixində ən böyük müqavilə olacaq.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, tərəflər 5 il müddətinə müqavilə imzalayacaqlar. “Qırmızılar” hər il texniki sponsorlarından təxminən 60 milyon funt-sterlinq (72 milyon avro) alacaqlar.
“Liverpul” gələn ilin yayında, “Nike” ilə müqaviləsi başa çatdıqdan sonra “Adidas”la işləməyə başlayacaq.
“Liverpul” İngiltərə Premyer Liqasının yeni mövsümünə uğurla başlayıb. Səkkiz turdan sonra Arne Slotun komandası 21 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin