![](https://komanda.az/wp-content/uploads/2025/02/23823-1-780x470.jpg)
“Liverpul” təxirə salınmış oyunda xal itirdi
İngiltərə Premyer Liqasında 15-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, “Everton” lider “Liverpul”u qəbul edib.
Dörd qolun qeydə alındığı oyunda komandalar hərəyə 1 xalla kifayətləniblər.
Hazırda “Liverpul” 57 xalla vahid liderdir. “Everton” isə 27 xalla 15-cı sırada qərarlaşıb.
İngiltərə Premyer Liqası
15-ci turun oyunu
12 fevral
Everton – Liverpul 2:2
Qollar: Beto, 11. Tarkovski, 90+8 – Makallister, 1. Salah, 73.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin