“Çelsi” mənim üçün sirr olaraq qalır” – “Liverpul”un sabiq qapıçısı

“Komo”nun qapıçısı Pepe Reyna “Liverpul”u “Çelsi” ilə müqayisə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”un sabiq qapıçısı bunu deyib:

“İki klubu müqayisə etsək, “Liverpul” sabitdir. Enzo Mareskanın komandası isə qələbələrə baxmayaraq, sabit deyil. Son matçlarda qol vurmaqda çətinlikləri olur. Bunu “Liverpul”la bağlı demək olmaz. Bəli, “qırmızılar” xal itirdi, amma onlar titul uğrunda mübarizənin dadını bildikləri üçün bütün matçlarda sona qədər mübarizə apardılar. Amma “Çelsi”nin oyunçuları bu ləzzəti bilmirlər, ona görə də, onlar üçün son dərəcə çətin olacaq. Bundan başqa, məğlubiyyətə necə reaksiya verəcəklərini də bilmirik. “Liverpul” təslim olmur, lakin “Çelsi” mənim üçün sirr olaraq qalır”.

“Liverpul”un Premyer Liqada 15 matçdan 36, “Çelsi”nin isə 16 oyundan sonra 34 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button