“Liverpul” stadionunda yenidənqurma işlərini dayandırdı

İngiltərənin “Liverpul” klubu ev oyunlarını keçirdiyi “Enfild” stadionunda yenidənqurma işlərini dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Klub koronavirus pandemiyası səbəbindən belə bir qərar alındığını açıqlayıb. Yenidənqurma işləri ən azı bir il müddətinə təxirə salınıb. Nəzərdə tutulan işlərin ən tezi 2023-cü ilin yayında başa çatdırılacağı bəyan edilib.

Qeyd edək ki, “Liverpul” sözügedən arenada oturacaqların sayını 54 mindən 61 minə qədər artırmağı planlaşdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button