
“Liverpul” Portuqaliyadan 52 milyona futbolçu transfer edə bilər
Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, “Liverpul” uruqvaylı futbolçunu müqaviləsində yer alan 52 milyon funt-sterlinq məbləğində olan satınalma hüququ ilə transfer etmək fikrindədir.
22 yaşlı Uqarte 2021-ci ildən Portuqaliya təmsilçisində çıxış edir.
O, cari mövsümdə “Sportinq”in heyətində bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin