“Liverpul” şokda – onu da itirdi

İngiltərənin “Liverpul”  klubunun daha bir futbolçusu sıradan çıxıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın kapitanı Cordan Henderson zədələnib. İngiltərə millisinin heyətində Belçikayla oyunda (0:2) zədələnən futbolçu matçı davam etdirə bilməyib və 46-cı dəqiqədə əvəzlənib.

Hendersonun əzələsindən zədə aldığı deyilir. Millinin baş məşqçisi Qaret Sautqeyt də futbolçunun zədəsini təsdiqləyib. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Daha əvvəl “Liverpul”da Vircil van Dayk, Fabinyo, Co Qomes, Endi Robertson, Tyaqo Alkantara, Trent Aleksander-Arnold, Joel Matip zədələnib və hücumçu Məhəmməd Salah koronavirusa yoluxub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button