
“Liverpul” Salahla anlaşmağa yaxındır
“Liverpul” Məhəmməd Salahın gələcəyi ilə bağlı mövzuya yekun vurmağa yaxındır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızılar” misirli hücumçunu öz sıralarında saxlamaq istəsə də, danışıqlar prosesi asan deyil. Baxmayaraq ki, tərəflərin mövqeləri indi üst-üstə düşür.
Salah cari mövsümdə 22 rəsmi oyun keçirib, 16 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun komandası növbəti matçını dekabrın 14-də evdə “Fulhem”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin