
“Liverpul” Salahla razılığa gəlib
“Liverpul”un vingeri Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, misirli futbolçu mersisaydlılarla yeni müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb.
Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, bu mövsüm İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin