
Salahın gələcəyi ilə bağlı suala aydınlıq gəlib
“Liverpul”un hücumçusu Məhəmməd Salahın komandadakı gələcəyi müəyyənəşib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçu yay transfer pəncərəsində “qırmızılar”ı tərk etmək niyyətində deyil.
“Liverpul” Salahın ən azı bir mövsüm daha komandada qalacağını gözləyir. Klubun hücumçu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.
31 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Misirli futbolçu 2017-ci ildən Yurgen Kloppun komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin