
“Liverpul” Salahla anlaşacağına əmindir
“Liverpul”un hücumçusu Məhəmməd Salah klubu ilə yeni müqavilə danışıqlarını davam etdirir.
Misirli futbolçunun hazırkı müqaviləsi bu yay başa çatacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi hələ də pozitivdir və Salahı müqaviləsinin müddətini uzatmağa razı sala biləcəklərinə əmindir.
32 yaşlı futbolçunun özü də planlarını dəyişməyib. O, “Liverpul”da xoşbəxtdir və qalmağa üstünlük verir. Bununla belə, tərəflər hələ də sözləşmənin maliyyə məsələlərini həll etməlidirlər, ancaq danışıqların bitməsinə dair heç bir əlamət yoxdur. Komandanın UEFA Çempionlar Liqası və Liqa kubokundakı uğursuzluqları Salahın son qərarına çətin ki, təsir etsin.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



