“Liverpul” Salahla anlaşa bilmir

Məhəmməd Salah yeni müqavilə imzalamaq üçün “Liverpul”la danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu ilə misirli futbolçu hələ də yeni sözləşmə haqqında razılığa gəlməkdən uzaqdırlar.

Salahın “Liverpul”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Razılıq əldə olunmasa, futbolçunun Səudiyyə Ərəbistanında və digər Avropa klublarında oynamaq imkanı var.

32 yaşlı forvard bu mövsüm “Liverpul”un heyətində 17 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button