“Liverpul” Salahı əvəz edəcək oyunçunu tapıb

“Liverpul” rəhbərliyi 2024/25-ci il mövsümünün sonunda klubu tərk etmə ehtimalı olan misirli hücumçu Məhəmməd Salaha əvəzləyici tapmaq barədə düşünür.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Mersisayd klubu “Bayern”in almaniyalı vingeri Leroy Sane ilə maraqlanır. “Qırmızılar” üçün bu seçim daha çox üstünlük təşkil edir.

Sanenin transfer dəyəri 70 milyon avro qiymətləndirilir. O, 2020-ci ildən Münhen nəhənginin rənglərini qoruyur.

28 yaşlı futbolçunun “Bayern”lə müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button