“Liverpul” Salahı əvəz edəcək oyunçu axtarır

Məhəmməd Salah gələn il “Liverpul”u tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Mersisayd klubu bu baxımdan misirli futbolçuya əvəzləyici axtarır.

İngiltərə klubunun maraq dairəsinə Braziliya millisinin və “Real”ın hücumçusu Rodriqo daxildir. “Liverpul” onun Salahı layiqincə əvəz edə biləcəyinə inanır.

“Kral klubu”nun rəhbəri Florentino Peres Rodriqo ilə ayrılmağı planlaşdırmır. Onun özü də “Real”da oynamağa davam etmək istəyir.

23 yaşlı forvard cari La Liqa mövsümündə 9 oyun keçirib, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button