“Liverpul” Salahı 19 yaşlı futbolçu ilə əvəzləyə bilər

“Komo”nun hücumçusu Assan Dayu karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Liverpul” 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Qırmızılar” müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Məhəmməd Salahın yerinə oyunçu axtarırlar. İspaniyalı vingerlə “Nyukasl” da maraqlanır.

Dayu bu mövsüm “Komo”da 27 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button