![](https://komanda.az/wp-content/uploads/2023/06/liverpul.png)
“Liverpul” 2 futbolçusu ilə 2 illik müqavilə imzalayacaq
Hücumçu Məhəmməd Salah və müdafiəçi Vircil van Dayk çox güman ki, “Liverpul”la müqavilələrini uzadacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hər iki oyunçu “qırmızılar”la yeni – 2 illik müqavilələr imzalamalıdır ki, bu da klubun təklif etdiyi bir illik müqavilələr və oyunçuların tələb etdiyi 3 illik anlaşmalar arasında kompromisdir.
Misirli futbolçu azad agent kimi PSJ-yə keçə və Avropanın ən yüksək maaş alan oyunçusu ola bilərdi. “Real” isə Van Daykla maraqlanıb və Səudiyyə Ərəbistanından da ona həmişə maraq var.
Bu mövsüm həm Salah, həm də Van Dayk “Liverpul”un əsas heyət oyunçularıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin