”Liverpul” Salahla müqaviləni yeniləyəcək
“Liverpul” hücumçusu Məhəmməd Salahla müqaviləsini iki il müddətinə uzatmağa çox yaxındır.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, misirli futbolçunun agenti 3 illik müqavilədə israr edib. İngiltərə klubu isə əvvəlcə bir illik müqavilə təklif edib. Lakin danışıqlar nəticəsində tərəflər yeni, iki illik müqavilədə razılıq əldə ediblər.
Salahla danışıqlarda heç vaxt maliyyə probleminin olmadığı vurğulanıb. Çünki o, artıq həftədə 400 min funt sterlinq maaşla “Liverpul”un ən yüksək maaş alan oyunçularından biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin