“Ən vacib şey Jotanın ailəsinə hörmət etdiyimizə əmin olmaqdır” – “Liverpul” rəsmisi

“Liverpul”un baş direktoru Billi Hoqan komandanın avtomobil qəzasında həyatını itirən yarımmüdafiəçisi Dioqo Jotanı yad etmək üçün uzunmüddətli planlarının olduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubunun rəsmisi hələ bir şey haqqında danışmağın tez olduğunu bildirib:

“Hələ bir şey haqqında danışmaq tezdir, cəmi bir neçə gündür. Məncə, bu prosesdə ən vacib şey Jotanın ailəsinə hörmət etdiyimizə əmin olmaqdır. Klubun, azarkeşlərin də çoxlu ideyaları var. Mərhumun ailəsi ilə hər şeyi müzakirə edəcəyik. Biz əlbəttə ki, həm Andre Silva (Jotanın qardaşı), həm də Dioqonu xatırlayacağıq və lazımi vaxtda planlarımızı açıqlayacağıq”.

Portuqaliyalı vinger 2020-ci ildən “Liverpul”da çıxış edirdi. O, “qırmızılar”la birlikdə ölkə çempionu olub, İngiltərə kubokunu və Liqa kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button