“Liverpul” “Real”a 50 milyon avro təklif edib – Fransalı oyunçuya görə

“Liverpul” hələ də “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuamenini transfer etməyə çalışır.

Komanda.az “Fichajes”-ə isinadən xəbər verir ki, Mersisayd klubu fransalı oyunçuya görə 50 milyon avro təklif edib ki, “Real” bunun 35-ni bu, qalan 15 milyonunu isə gələn mövsüm alacaq.

“Mançester Siti” də Tçuameni ilə maraqlanır və bu, “Liverpul”un vəziyyətini çətinləşdirə bilər. 24 yaşlı yarımmüdafiəçinin gələcəyi növbəti həftələrdə aydınlaşacaq.

Tçuameni bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 21 oyun keçirib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button