“Liverpul” “Qarabağ”ın rəqibinin futbolçusu üçün təklif göndərəcək
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer”in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Daily Star” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” 20 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Premyer Liqa təmsilçisi gənc oyunçu üçün qışda Almaniya klubuna rəsmi təklif göndərəcək.
Florian Virts “Bayer”in “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdiyi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin