“Liverpul” 49 milyon avroya müdafiəçi transfer edəcək?

“Sportinq”in müdafiəçisi Qonsalo İnasio karyerasını “Liverpul”da davam etdirə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “qırmızılar” hazırda futbolçunu transfer etmək üçün favorit sayılır. Bu transfer mersisaydlılara 49 milyon avroya başa gələ bilər.

“Mançester Yunayted” yayda 22 yaşlı portuqaliyalı futbolçunu transfer etmək istəsə də, Harri Maquayr klubda qaldığı üçün mübarizədən geri çəkilib.

İnasio “Sportinq”in yetirməsidir. O, bu mövsüm bütün yarışlarda komandanın heyətində 12 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button