“Liverpul” italiyalı müdafiəçi ilə maraqlanır

“Liverpul” “Parma”nın mərkəz müdafiəçisi Covanni Leonini hədəfləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl “qırmızılar”ın italiyalı futbolçu ilə maraqlandığı bildirilib və son bir neçə gündə bu, daha da konkretləşib. İngiltərə klubunun yay transfer pəncərəsi bağlanana qədər müdafiəçi ilə müqavilə imzalayacağı güman edilir.

Eyni zamanda, “İnter”, “Milan” və “Yuventus” da Leoni ilə maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button