“Liverpul” “Arsenal”la yarışacaq – İspaniyalı futbolçu uğrunda

İspaniya millisinin və “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanına malikdir.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Liverpul” ispaniyalı yarımmüdafiəçini sıralarına cəlb etmək istəyir.

25 yaşlı futbolçu “qırmızılar” üçün prioritet transfer hədəfi hesab olunur. Mersisaydlıların bu mübarizədə əsas rəqibi “Arsenal”dır. Onun müqaviləsində göstərilən təzminat məbləği 60 milyon avrodur.

Subimendi cari mövsümdə “Real Sosyedad”ın heyətində 16 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button