“Liverpul” müdafiəçisi üçün “Real”dan 50 milyon avro istəyir

“Liverpul”un müdafiəçisi İbrahima Konate transfer pəncərəsinin sonunda “Real”a keçə bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “qırmızılar” Madrid klubunun yay transfer pəncərəsinin son günlərində fransalı futbolçu üçün təklif göndərəcəyini istisna etmir. Lakin İngiltərə klubu “Real”a azad agent kimi keçən müdafiəçi Trent Aleksander-Arnoldun ssenarisinin təkrarlanmasından ehtiyat edir.

İspanlar müdafiəçinin “Liverpul”la qısa müddətli müqaviləsinin olduğunu nəzərə alaraq, onun üçün 20-25 milyon avrodan çox təklif etmək niyyətində deyil. İngiltərə klubu isə oyunçusu üçün 50 milyon avro almaq istəyir.

Konate 2024/25 mövsümündə Premyer Liqada 31 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib və 5 sarı vərəqə alıb. Onun klubu ilə 2026-cı ilin yayına kimi olan müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button