“Qarabağ”ın rəqibi İsak üçün yeni təklif göndərməyə hazırlaşır

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi olan “Liverpul” “Nyukasl”ın hücumçusu Aleksander İsakı transfer etmək üçün yeni cəhdə hazırlaşır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “qırmızılar”ın futbolçu üçün 130 milyon funt-sterlinq və bonuslar təklif edəcəyi güman edilir.

Daha əvvəl “Nyukasl” “Liverpul”un 110 milyon funt-sterlinqlik təklifini rədd edib və forvard üçün 150 milyon funt-sterlinq istədiyini bildirib.

İsakın Mersisayd klubuna keçməsi ehtimalı “Nyukasl”ın “Ştutqart”ın hücumçusu Nik Voltemadeni almaq üçün razılaşması fonunda artıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button