“Liverpul” fransalı müdafiəçi ilə maraqlanır

“Leyptsiq”in müdafiəçisi Kastello Lukeba İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” fransalı futbolçunu heyətinə qatmaq istəyir. İngiltərə klubunun rəhbərliyi Lukebanın alınması üçün 50-55 milyon avro ayırmağa hazırdır. Müdafiəçinin müqaviləsində yazılan məbləğ 90 milyon avro olsa da, “Leyptsiq” güzəştə getməyə hazırdır.

22 yaşlı futbolçu 2024/2025 mövsümündə 31 oyun keçirib və qol vurmayıb. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button