“Qarabağ”ın rəqibi İsak üçün yeni təklif göndərməyə hazırlaşır

“Liverpul” hücumçu Nik Voltemadeni aldıqdan sonra Aleksander İsak üçün “Nyukasl”a yeni təklif göndərməyə hazırlaşır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Liverpul” isveçli futbolçunun transferi üçün 149,5 milyon avro ödəməyə hazırdır. Lakin “Nyukasl” İsak üçün 172,5 milyon avro istəyir. Eyni zamanda, “Liverpul” futbolçunun transferi üçün 130 milyon funt sterlinq təklif etməyə hazır olsa da, mümkün bonuslar nəzərə alınmaqla bu məbləğ arta bilər.

Daha əvvəl İsakın “Nyukasl”dan ayrı, fərdi proqram üzrə məşq etdiyi bildirilib.

Voltemade “Ştutqart”dan “Nyukasl”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button