
“Liverpul” onun transferini bitirmək üzrədir
Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponqun yaxın günlərdə “Liverpul”a keçəcəyi gözlənilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun transferi yekunlaşmaq üzrədir.
Frimponqun şəxsi müqaviləsinin bütün detalları demək olar ki, razılaşdırılıb. Transfer məbləği ilə bağlı da problem yoxdur. “Qırmızılar” onun 35-40 milyon avro dəyərindəki sərbəstqalma tələbini ödəməyə hazırdır.
24 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə ümumilikdə 48 oyuna çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



