“Liverpul” irlandiyalı müdafiəçini “qaralayıb”

“Brentford”un müdafiəçisi Natan Kollins yay transfer dönəmində “Liverpul”un maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

İrlandiyalı futbolçunun transferində “Liverpul” ciddi şəkildə maraqlıdır. Ancaq “Brentford” komandanın əsas oyunçularından biri olan Kollinsdən asanlıqla imtina etmək niyyətində deyil.

24 yaşlı müdafiəçi son mövsümdə 42 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button