“Liverpul” ingiltərəli müdafiəçinin transferi üzərində işləyir

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi “Liverpul”a keçə bilər.

Komanda.az “Topskills Sports”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferi üzərində hələ də iş gedir və yaxın günlərdə “qırmızılar” “Kristal Pelas”a yeni təklif irəli sürəcək. Mersisayd klubu artıq Quehi ilə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə üzrə razılıq əldə edib.

İngiltərəli müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə artıq 4 oyunda forma geyinib.

“Liverpul” Premyer Liqanın 3-cü turunda “Arsenal”ı qəbul edəcək, “Kristal Pelas” isə səfərdə “Aston Villa” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button