“Liverpul” ispaniyalı müdafiəçi üçün təklif hazırlayıb

“Liverpul” “Bornmut”un müdafiəçisi Din Heysenlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” ispaniyalı futbolçunun transferi üçün təklif hazırlayıb.

Heysenin müqaviləsində nəzərdə tutulan sərbəst qalma bəndi 58 milyon avrodur. Onunla “Liverpul”dan başqa, “Real”, “Arsenal” və daha bir neçə klub maraqlanır.

20 yaşlı oyunçu bu mövsüm “Bornmut”un heyətində 31 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button