
“Liverpul”un Kyezaya təklifinin detalları məlum olub
“Liverpul” rəhbərliyi İtaliya millisinin və “Yuventus”un vingeri Federiko Kyezanın transferi üçün qəti addım atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar italiyalı futbolçuya etdikləri konkret təklifdə ilə 5 milyon avro maaşla 4 illik müqavilə imzalamağa hazırdırlar.
Kyeza ötən mövsüm İtaliya çempionatında 33 matçda iştirak edib, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin klubu ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin