“Liverpul” onu Van Daykın əvəzləyicisi kimi nəzərdən keçirir

“Barselona”nın müdafiəçisi Ronald Arauxo “Liverpul”un maraq dairəsindədir.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

“Qırmızılar” uruqvaylı futbolçunu müqaviləsi 2025-ci ilin yayında başa çatacaq niderlandlı müdafiəçi Vircil van Daykin əvəzləyicisi kimi nəzərdən keçirir. “Barsa” da öz növbəsində, Arauxo üçün 60 milyon avro ödənərsə, onunla yollarını ayıra bilər.

25 yaşlı müdafiəçi bu mövsüm kataloniyalıların heyətində 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button