“Liverpul” alman futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır

Almaniya millisinin və Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə “Liverpul” maraqlanır. Mersisaydlılar niderlandlı müdafiəçi Vircil van Daykın əvəzedicisi kimi Şlotterbeki nəzərdən keçirir.

“Qırmızılar”ın rəhbərliyi 24 yaşlı futbolçunun transferi üçün təxminən 50 milyon avro təklif etməyə hazırdır. Onun özünə isə illik 7 milyon avro maaşla uzunmüddətli müqavilə təklif olunacaq.

Şlotterbek Bundesliqanın cari mövsümündə 6 oyunda meydana çıxıb və 1 qırmızı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button