
“Liverpul” müdafiəçisini satışa çıxarıb
“Liverpul”un müdafiəçisi Kostas Tsimikas komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu yunan futbolçunu satışa çıxarıb.
Komandanın baş məşqçisi Arne Slot bu mövqedə Miloş Kerkez və Endryu Robertsonu üstün tutur.
Tsimikasa alıcı tapılmadığı üçün klub mövqeyini yumşaldıb və artıq icarə variantlarını da nəzərdən keçirməyə hazırdır. 29 yaşlı müdafiəçi özü də daha çox oyun praktikasına ehtiyacı olduğunu anlayaraq, komandanı dəyişməyə müsbət yanaşır.
Yunanıstanlı futbolçu 2020-ci ildən “Liverpul”un formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



