“Liverpul” nigeriyalı futbolçunu Salahın əvəzləyicisi kimi nəzərdən keçirir

“Atalanta”nın hücumçusu Ademola Lukmanın karyerasını İngiltərənin top-klubunda davam etdirmək imkanı var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Liverpul” nigeriyalı futbolçunu sıralarına qatmaq istəyir.

“Qırmızılar” Lukmanı yayda komandanı tərk edə biləcək misirli futbolçu Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir. 27 yaşlı forvardın transfer dəyəri 55 milyon avro qiymətləndirilir. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna kimidir.

Lukman bu mövsüm A Seriyasında 19 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button