“Liverpul” onu iki oyunluq itirdi

“Liverpul”un futbolçusu Tyaqo Alkantara komandasının növbəti 2 oyununu buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi əzələ zədəsi səbəbindən İngiltərə kuboku çərçivəsində “Norviç Siti” ilə, həmçinin Premyer Liqada “Brentford”la oyunu buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Alkantara bu mövsüm 4 matçda meydana çıxıb və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button