Qiyməti 120 milyon olub – DÇ-2022-nin iştirakçısının
“Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes “Liverpul”a keçə bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi argentinalı futbolçu üçün 120 milyon funt-sterlinq ödəməyə hazırdır. Öncədən 21 yaşlı futbolçu uğrunda “Real”ın da mübarizə aparacağı bildirilirdi.
Fernandes bu mövsüm Portuqaliya çempionatında 13 oyun keçirib və 1 qol vurub.
Futbolçu hazırda DÇ-2022-də Argentina millisinin heyətində çıxış edir. Bu gün yarımfinal matçında Cənubi Amerika təmsilçisi Xorvatiya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin