“Liverpul” “Everton”un futbolçusunu transfer etmək istəyir

“Liverpul” gözünü əsas rəqiblərindən birinin futbolçusuna dikib.

Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, Mersisayd klubu “Everton”dan mərkəz müdafiəçisi Cerrad Brantueyti transfer etmək istəyir.

“Liverpul” ingiltərəli futbolçunun transferi üçün yanvarda “Mançester Yunayted”lə yarışmağa hazırdır. Daha əvvəl “Everton”un onun üçün 100 milyon avroluq təzminat tələb edəcəyi bildirilirdi.

22 yaşlı müdafiəçi Premyer Liqanın cari mövsümündə 1 oyun keçirib. Ötən mövsüm çempionatda 35 oyun keçirən futbolçu 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button