Nunyes bu gün “Liverpul”la vidalaşacaq

“Liverpul” hücumçusu Darvin Nunyesə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidlə bağlı Almaniyaya yollanaraq tibbi müayinədən keçməyə icazə verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bu gün komanda yoldaşları ilə vidalaşacaq.

Nunyes 2024/25 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 47 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Əvvəlki məlumatlara əsasən, “Əl-Hilal” uruqvalı futbolçunun transferi üçün “Liverpul”a 65 milyon avro (bonuslarla birlikdə) ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button