
“Liverpul” Nunyesi braziliyalı hücumçu ilə əvəzləməyi planlaşdırır
“Brayton”un hücumçusu Joao Pedro karyerasını “Liverpul”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” futbolçunu Darvin Nunyesin əvəzedicisi kimi görür. Braziliyalı futbolçunun mümkün transfer məbləği 50 milyon avro olaraq qiymətləndirilir. “Liverpul” Pedronu yalnız hücum üçün deyil, həm də cinahlarda oynaya bilməsi üçün transfer etmək istəyir.
23 yaşlı forvard bu mövsüm “Brayton”da 24 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



