“Liverpul” niderlandlı üçün hərəkətə keçəcək

“Bayern”in yarımmüdafiəçisi Rayan Qravanberx karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” niderlandlı futbolçunu transfer etmək istəyir. Mersisayd təmsilçisi tezliklə onu heyətinə qatmaq üçün danışıqlara başlayacaq.

Futbolçunun özü də daha çox forma şansı əldə edə biləcəyi komandaya keçmək niyyətindədir.

Qravanberx 2022/23 mövsümündə “Bayern”in heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Öncədən “Mançester Yunayted” və “Qalatasaray” da Qravanberxlə maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button