“Liverpul” futbolçusuna yeni müqavilə təklif edib
“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnoldla müqaviləni uzatmaq üzərində işləyir.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Mersisayd klubu ingiltərəli futbolçuya mövsümdə 20 milyon funt-sterlinq maaşla təkmilləşdirilmiş müqavilə təklif edib.
Həmçinin, bildirilir ki, “Real” Trenti gələn yay azad agent kimi almaq üçün səylərini gücləndirir. Madrid klubu futbolçu ilə görüşü yanvar ayına təyin edib.
Dekabrdan etibarən 26 yaşlı futbolçunun müqaviləsinin bitməsinə 6 aydan az vaxt qaldığından, başqa klublarla sərbəst danışıqlar aparmaq hüququ olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin