“Liverpul” “Olimpiakos”un müdafiəçisini istəyir
“Olimpiakos”un müdafiəçisi Ruben Semedo karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul” 26 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Mersisayd klubu Vircil van Dayk və Fabinyonun zədələnməsindən sonra müdafiədə yaranan boşluğu Semedo ilə doldurmaq niyyətindədir. Klubun futbolçu üçün hərəkətə keçdiyi və ona 5 illik müqavilə təklif etdiyi bildirilir.
“Olimpiakos”un portuqaliyalı futbolçu üçün 20 milyon avro təzminat tələb etdiyi deyilir.
Semedonun “Olimpiakos”la müqaviləsi 2024-cü ilin yazında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin