
“Liverpul” müdafiəçisi ilə yeni müqavilə imzalayacaq
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold klubu ilə müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub 24 yaşlı ingilis futbolçu ilə yeni anlaşma əldə edib. Anlaşmaya əsasən, müdafiəçi həftəlik 230 min avro maaş alacaq.
Aleksander-Arnold bu mövsüm beş oyun keçirib və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin