
Sabiq futbolçu “Qarabağ”ın rəqibini yeni transferə inanmağa çağırdı
Sabiq müdafiəçi Joleon Leskott “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un yarımmüdafiəçi Florian Virtsi almaqdan peşman olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“İnanıram ki, “Liverpul” ona inanmağı davam etdirməyi bacarsa, mövsümün sonunda Virts üçün xərclədiyi pulu məmnuniyyətlə geri qaytaracaq”.
“Qırmızılar” almaniyalı futbolçunu bu ilin yayında “Bayer”dən 125 milyon avroya alıb. O, hələ bu mövsüm Premyer Liqa və ya Çempionlar Liqasının heç bir matçında qol vurmayıb.
“Liverpul” 7 matçdan sonra Premyer Liqanın turnir cədvəlində lider “Arsenal”dan bir xal geri qalaraq, ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



