“Liverpul” mövsümü heç-heçə, MY və MS qələbə ilə tamamladı

İngiltərə Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün sonuncu – 38-ci turun oyunları keçirilib.

Çempion “Liverpul” “Kristal Pelas”la ev oyununda heç-heçə ilə kifayətlənib.

“Mançester Yunayted” “Aston Villa”ya evdə qalib gəlibsə, “Mançester Siti” “Fulhem”i, “Çelsi” “Nottingem Forest”i, “Arsenal” da “Sauthempton”u səfərdə üstələyib. “Tottenhem” də son turda “Brayton”a uduzub.

Beləliklə, “Liverpul” mövsümü 84 xalla zirvədə tamamlayıb. “Arsenal” 74 xalla ikinci, “Mançester Siti” 71 xalla üçüncü olub. “Çelsi” 69, “Nyukasl” və “Aston Villa” 66, “Nottingem Forest” 65 xal toplayıb. “Lester Siti” (25 xal), “İpsviç Taun” (22 xal) və “Sauthempton” (12 xal) da Çempionşipə düşüblər.

İngiltərə Premyer Liqası
38-ci tur

25 may

Bornmut – Lester Siti 2:0
Qollar
: Semenyo, 74; 88.

Fulhem – Mançester Siti 0:2
Qollar
: İ.Gündoğan, 21. E.Haland, 72-pen.

İpsviç Taun – Vest Hem 1:3
Qollar
: Brodhed, 52 – Uord-Prouz, 43. Bouen, 55. M.Kudus, 87.

Liverpul – Kristal Pelas 1:1
Qollar
: M.Salah, 84 – İ.Sarr, 9.

Mançester Yunayted – Aston Villa 2:0
Qollar
: A.Diallo, 76. K.Eriksen, 87-pen.

Nyukasl – Everton 0:1
Qol
: K.Alkaras, 65.

Nottingem Forest – Çelsi 0:1
Qol
: Koluill, 50.

Sauthempton – Arsenal 1:2
Qollar
: Stüart, 56 – Tirni, 43. Edeqor, 89.

Tottenhem – Brayton 1:4
Qollar
: Solanke, 17-pen – Hinşelvud, 51; 64. Orayli, 88-pen. D.Qomes, 90+3.

Vulverhempton – Brentford 1:1
Qollar
: Munetsi, 75 – Mbeumo, 20.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button