“Liverpul” Mbappe üçün “kisə”nin ağzını açdı

“Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappe ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” Liqa 1 klubuna fransalı forvard üçün 200 milyon avroluq təklif göndərib. Klub rəhbərliyi təklifi müzakirə edir.

PSJ-nin prezidenti Nasser Əl-Xələfi klubun yeni baş məşqçisi Luis Enrikenin təqdimat mərasimindən sonra Mbappeyə ultimatum verib. O, 2023/24 mövsümündə paytaxt klubunda qalmaq istəyirsə, müqaviləsini uzatmalıdır. Əks halda, rəhbərlik Mbappe üçün göndərilən təklifləri dəyərləndirəcək.

Fransa millisinin üzvü paytaxt təmsilçisi ilə 5 dəfə Fransa çempionu olub, 3 dəfə ölkə kubokuna, 2 dəfə ölkə superkubokuna yiyələnib.

Mbappe 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button