“Liverpul” maliyyə hesabatını açıqladı: gəlirləri azalıb

İngiltərənin “Liverpul” klubu 2019/20 mövsümünün maliyyə hesabatını açıqlayıb.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi bununla bağlı rəsmi saytında açıqlama yayıb.

Premyer Liqa klubunun ümumi gəlirləri 43 milyon funt sterlinq azalıb. Buna ötən il pandemiya səbəbindən Premyer Liqada məcburi fasilənin yaranması və matçların azarkeşsiz keçirilməsi səbəb olub.

Klubun media gəlirləri 59 milyon funt sterlinq azalaraq, 202 milyon funta düşüb. Həmçinin ev oyunlarının sayının azalmasına görə matç gəlirləri 71 milyon funt sterlinq təşkil edib.

Əvəzində “Liverpul”un şirkətlər ilə yeni əməkdaşlıq müqavilələri sayəsində kommersiya gəlirləri 29 milyon funt sterlinq artaraq, 217 milyon funta çatıb.